Məmuru qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı məhkəmədə son söz deyib

Məmuru qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı məhkəmədə son söz deyib
# 09 sentyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə X. İsgəndərova son söz deyib. O, özünü təqsirli bilmədiyini deyib: "Günahım yalnız sağ qalmaq olub. Mən ərimi öldürməmişəm, əksinə ona kömək etmişəm. Xahiş edirəm, qanunun tələbi ilə ədalətli qərar verin. Artıq sözüm yoxdur".

Proses sentyabrın 14-də davam etdiriləcək, həmin gün hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR