Bakıda Xorvatiyanın turizm imkanları ilə bağlı tədbir keçirilib

Bakıda Xorvatiyanın turizm imkanları ilə bağlı tədbir keçirilib
# 06 aprel 2016 15:53 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bakıda Xorvatiyanın turizm imkanları ilə bağlı təqdimat keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Xorvatiyanın Azərbaycandakı müvəqqət işlər vəkili Mario Zadro, Xorvatiya turizm şirkətlərinin təmsilçiləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Təqdimatdan öncə çıxış edən müvəqqəti işlər vəkili Mario Zadro bildirib ki, Xorvatiya Azərbaycanla ikitərəfli turizm əlaqələrinin genişlənməsində maraqlıdır və bunun üçün böyük potensial mövcuddur. Onun sözlərinə görə, Şengen vizası ilə Azərbaycan vətəndaşları Xorvatiyaya səfər edə bilərlər, o şərtlə ki, öncə Şengen zonasına daxil olan ölkəyə səfər etmiş olsunlar: “Bizim "Dəmirçi Plaza"da viza mərkəzimiz fəaliyyət göstərir. Lakin bura müraciət etdikdə, vizanı 3 həftəyə ala biləcəksiniz. İstanbul və Ankaraya müraciət etdikdə isə bu prosedur daha tez başa gəlir”.

Diplomat qeyd edib ki, 5 Xorvatiya və 1 ortaq Xorvatiya-Avstriya şirkəti aprelin 7-də başlayacaq XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AİTF 2016) sərgisində iştirak edəcək.

Daha sonra turizm şirkətlərinin nümayəndələri ixtisaslaşdıqları sahələr barədə məlumat verib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR