“Onun atası” filmi İtaliyada nümayiş olunacaq

“Onun atası” filmi İtaliyada nümayiş olunacaq
# 15 sentyabr 2016 15:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası İtaliyada baş tutacaq.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film 17-ci "ASIATICA Encounters with Asian Cinema" Film Festivalının “Panorama” müsabiqə proqramına dəvət alıb. Festival 17 sentyabr-2 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək. “Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filminin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR