Çin yuanın məzənnəsini 5 illik minimuma endirib

Çin yuanın məzənnəsini 5 illik minimuma endirib
# 31 may 2016 04:00 (UTC +04:00)

Bakı-APA. Çinin Xalq (Mərkəzi) bankı növbəti dəfə milli valyutasının ABŞ dollarına qarşı məzənnəsini endirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu gün 1 dolların kursu 6,5790 yuan təşkil edib.

Bu 2011-ci ilin fevralından bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, Çinin Xalq bankı dalbadal ikinci dəfədir ki milli valyutasının məzənnəsini endirir. Mayın 30-da 1 dolların kursu 6,5784 yuan təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR