Prokuror sevdiyi qızı öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib

 Prokuror sevdiyi qızı öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib
# 17 noyabr 2015 14:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR