ABŞ-da universitetdə atışma olub, ölənlər var

ABŞ-da universitetdə atışma olub, ölənlər var
# 02 oktyabr 2016 20:19 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Qrinsboro şəhərində (Şimali Karolina) yerləşən Aqrar-Texniki Universitetdə silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təhsil müəssisəsində baş verən atışma zamanı 2 nəfər, 1 oğlan və 1 qız ağır yaralanıb.

Xəstəxanaya çatdırılan tələbələrin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları və səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR