Tkeşelaşvili: “Regiondakı münaqişələrin həllinin açarı Kremlin dərinliklərində gizlənir”

Tkeşelaşvili: “Regiondakı münaqişələrin həllinin açarı Kremlin dərinliklərində gizlənir”
# 11 mart 2016 10:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Təəssüf ki, regiondakı münaqişələr üçün nikbin nəsə demək mümkün deyil, çünki onların həllinin açarı Kremlin dərinliklərində gizlənir. Hazırda Rusiya tərəfindən bu münaqişələrin həll edilməsi ilə bağlı hər hansı istək nümayiş etdirilmir”.


APA-nın xəbərinə görə, bunu IV Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili deyib. O bildirib ki, münaqişələr Rusiyanın əlində dövlətlərin daxili işlərinə müdaxilədə və həmin ölkələrin azad seçimlərini əllərindən almaqda bir vasitədir: “Gürcüstanda bu məsələ ölkənin NATO-ya qoşulması prosesində tempi azaltmaq formasında özünü göstərdi. Lakin bu prosesin qarşısı alınmayacaq. Konstruktiv tərəfdaş olmaq Rusiya üçün də faydalı olardı. Heç birimiz Rusiya ilə müharibə istəmirik, əksinə, mehriban qonşuluq siyasətinin aparılmasını arzulayırıq”.

E. Tkeşelaşvilinin sözlərinə görə, ərazi bütövlüyü, suverenlik, müstəqilliyə hörmət edilməsi qlobal əhəmiyyəti olan məsələlərdir: “Ərazi bütövlüyü güc tətbiq etməklə pozula bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR