Taleh Bağırov və digərlərinin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Taleh Bağırov və digərlərinin məhkəməsi davam etdirilib - <span style="color: red;">YENİLƏNİB
# 01 sentyabr 2016 16:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev şahid qismində sualları cavablandırıb.

O bildirib ki, təqsirləndirilən şəxslərə saxlanılan zaman və istintaq müddətində işgəncə verilməyib.

Vəkil Yalçın İmanov Taleh Bağırovun olduğu evin həyətinə əlavə mühafizə qüvvələrinin daxil olub-olmamasını soruşub.

O, əlavə qüvvələr görmədiyini deyib.

Şahid Etibar İsmayılovun əlində xəncər olduğunu, üzərindən qumbara çıxdığını bildirib. E. İsmayılov isə üzərində silah olmadığını deyib.

Taleh Bağırov isə şahidin ifadələrinə müdaxilə edərək, “Burada insanların həyatı həll olunur. Necə ola bilər ki, qaçan adamın başında olan ağ tükləri də görmüsünüz?” deyə bildib.

C. İmamverdiyev nəyi görübsə, onu da söylədiyini deyib.

İclasda təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun ev dustaqlığına buraxılması, vəkil Nemət Kərimli isə şahid Elçin Tağıyevin psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, E. Tağıyev suallara cavabları xatırlamadığını deyib. Dövlət ittihamçısı isə vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, E. Tağıyev geniş ifadə verib. Ziddiyyət hissələrdə ifadəsi elan edilib. Nəyisə xatırlamırsa bunu belə qiymətləndirmək düzgün deyil. Bu, təbii haldır. Şamil Abdüləliyevlə bağlı olan vəsatətə münasibət bildirərəkən isə prokuror bildirib ki, onunla bağlı ekspertiza təyin edilib. Həmin ekspertizanın rəyi alınmadığı halda vəsatət təmin edilə bilməz.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim vəsatətləri təmin etmədiyini deyib.

Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərov ifadə verib. O, ifadəsində bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda T. Bağırovun yaşadığı evdə əməliyyat tədbiri keçiriblər. Onun sözlərinə görə, əməliyyat zamanı xəbərdarlıq edilməsinə baxmayaraq evdə olan şəxslər onlara tabe olmayıblar və atışma baş verib. O, əlində silah olan Cabbar Cabbarovu zərərsizləşdirib.

Zərər çəkmiş şəxs qismində tanınmış Şahlar Cəfərov ibtiadi istintaqa ifadəsində göstərib ki, T. Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman evdə və həyətdə olan şəxslər həyətə daxil olmaqlarından xəbər tutaraq onlara atəş açmağa başlayıblar. Həmin şəxslərə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq ediblər. Lakin buna baxmayaraq onlar tabesizlik göstərərək avtomat və tapançalardan polisləri atəşə tutmalarını davam ediblər. O, həyətdə polisləri tapança ilə atəşə tutmuş şəxsi yaxalamaq istədikdə həmin şəxs əl-qol hərəkətləri ilə müqavimət göstərməyə başlayıb. Buna görə də həmin şəxsə qarşı fiziki güc tətbiq edildikdən sonra onun müqavimətini qıraraq onu zərərsizləşdirib. Əlində olan bir ədəd tapançanı alıb, tapançanın sandıqçasına baxdıqda içərisinin boş olduğunu müşahidə edib. Atışma qurtardıqdan sonra isə hadisə yerinə hal şahidləri dəvət edilib və onun tərəfindən saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən Cabbarov Cabbar Əmirxan oğlu olması məlum olub. Cabbar Cabbarov tapançanın özünə məxsus olduğunu, polisə qarşı istifadə etmək üçün əlində saxladığını, polisə silahlı müqavimət göstərmək barədə göstərişi isə onlara Taleh Bağırov verdiyini bildirib. 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.

Daha sonra o, proses iştirakçılarının suallarını cavablandırıb. Prokuror ondan atəş açan şəxslərin sayını bilib-bilməməsini, əlində silah olan adam görüb-görməməsini soruşub. Şahid bildirib ki, silahlı şəxslərin sayını dəqiq bilmir. Əlində silah olan şəxs isə görüb. Prokuror ondan C. Cabbarovu necə zərərsizləşdirilməsini soruşub. Şahid bildirib ki, C. Cabbarovun gülləsi qurtardığı üçün yaxınlaşıb onu zərərsizləşdirib. C. Cabbarov ona deyib ki, silah özünə məxsusdur.

Vəkillərin suallarını cavablandıran Ş. Cəfərov bildirib ki, heç kimə işgəncə verməyib.

Təqsirləndirilən şəxslər isə onlara işgəncə verən şəxslərdən birinin Ş. Cəfərov olduğunu iddia ediblər. Şahid onların dediklərini təkzib edib və heç kimə işgəncə vermədiyini bildirib.

Proses sentyabrın 7-də davam edəcək.

***

saat 13.45

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev şahid qismində sualları cavablandırıb.

O bildirib ki, təqsirləndirilən şəxslərə saxlanılan zaman və istintaq müddətində işgəncə verilməyib.

Vəkil Yalçın İmanov Taleh Bağırovun olduğu evin həyətinə əlavə mühafizə qüvvələrinin daxil olub-olmamasını soruşub.

O, əlavə qüvvələr görmədiyini deyib.

Şahid Etibar İsmayılovun əlində xəncər olduğunu, üzərindən qumbara çıxdığını bildirib. E. İsmayılov isə üzrəində silah olmadığını deyib.

İclasda təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun ev dustaqlığına buraxılması, vəkil Nemət Kərimli isə şahid Elçin Tağıyevin psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, E. Tağıyev suallara cavabları xatırlamadığını deyib. Dövlət ittihamçısı isə vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, E. Tağıyev geniş ifadə verib. Ziddiyyət hissələrdə ifadəsi elan edilib.

Məhkəmə müşavirəyə gedib. İclas günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR