Estoniya xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır

Estoniya xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır
# 26 fevral 2016 08:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu ilin ikinci yarısında Estoniyanın xarici işlər naziri Azərbaycana səfər edə bilər.

Bu barədə APA-ya Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik məlumat verib. O, bu səfəri təşkil etmək üzərində işlədiklərini bildirib. Diplomat Azərbaycanla Estoniya arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu əlavə edib: “İki ölkə arasında heç bir problem yoxdur. Amma təəssüf ki, əlaqələr o qədər sıx deyil. Ola bilsin ki, səbəblərdən biri də Azərbaycanda səfirliyin olmamasıdır. Estoniya hökuməti yaxın gələcəkdə olmasa da, Azərbaycanda səfirliyin açılmasını nəzərdən keçirir. Bizim iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində görəcəyimiz çox işlər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR