Azərbaycanda vergi ödəyicilərinin borcu açıqlanıb

Azərbaycanda vergi ödəyicilərinin borcu açıqlanıb
# 06 aprel 2016 10:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Bu ilin yanvarın 1-ə vergi ödəyicilərinin 2,4 mlrd. manat borcu var idisə, bu ilin aprelin 1-ə bu göstərici 1,6 mlrd. manat təşkil edib".

"APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, vergi ödəyicilərinin borcu 30% azalıb: "Bu borcun azalması vergi ödənişlərinin edilməsi, bəzi hallarda vergi borcunun silinməsi hesabına baş verib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR