Təhsil Nazirliyi “Multikulturalizm ili” çərçivəsində məktəblilər üçün təlim keçirib

Təhsil Nazirliyi “Multikulturalizm ili” çərçivəsində məktəblilər üçün təlim keçirib
# 22 aprel 2016 15:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi “Multikulturalizm ili” çərçivəsində məktəblilər üçün təlim keçirib. APA-nın xəbərinə görə, Bakı şəhəri 138 saylı məktəbdə təşkil olunan təlimdə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin layihə koordinatoru Elçin Sərdarov, De-institutlaşma və uşaqların müdafiəsi İdarəsinin xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov, beynəlxalq məsləhətçi Nik Nvolisa, " Böyük İpək Yolu" beynəlxalq gənclər təşkilatının nümayəndəsi Nuriyyə Quliyeva iştirak edib. Təlim "Biz hamımız insanıq və hamımız eyniyik" layihəsi çərçivəsində baş tutub.

Qonaqları məktəbin girişində müxtəlif ölkələrin bayraqlarını əllərində tutan həmin xalqların milli geyimlərində olan şagirdlər qarşılayıblar. Milli rəqs nümunələri təqdim olunduqdan sonra qonaqlara bir neçə dildə şagirdlər tərəfindən müraciət olunub. Sonra şagirdlərin çəkdikləri rəsmlərlə tanış olduqdan sonra tədbirin təşkilatçıları uşaqları salamlayaraq təlimlərin mahiyyəti, Layihənin ideyası, fəaliyyətləri və onun Təhsil Nazirliyi və digər tərəfdaşların layihəni dəstəkləməsi haqqında məlumat verilblər.

Məktəbin direktoru Mirfaiq Mirheydərli Azərbaycanda yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, ölkədə əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlanılıb və bu, dünyaya nümunə olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.

Təhsil Nazirliyinin nümayəndəsi E.Sərdarov layihənin məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərmək olduğunu bildirib.

N.Quliyeva isə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin mültikulturalizm və tolerantlıqla bağlı təcrübələrindən və mədəniyyətlərin dialoqu ilə bağlı iştirak etdikləri beynəlxalq tədbirlərdən danışıb.

Multukulturalizm ili çərçivəsində məktəbdə növbəti tədbir də keçirilib. “Biz sülh İstıyirik” şüarı altında keçirilən tədbirdə şagirdlər ölkədə multukultural dəyərlərin qorunması, bu istiqamətdə görülən işləri müxtəlif səhnəciklər, şeirlər və digər formada təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR