Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
# 16 may 2016 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün əırzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16 , gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR