“Kapital Menecment İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırıla bilər

“Kapital Menecment İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırıla bilər
# 13 may 2016 07:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyunun 10-da “Kapital Menecment İnvestisiya Şirkəti”nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

APA-Economics”in məlumatına görə, yığıncaqda “Kapital Menecment İnvestisiya Şirkəti”nin 2015-ci il üzrə fəaliyyətinin yekunları müzakirə olunacaq.

Bundan başqa, iclasda şirkətin Müşahidə Şurasının tərkibi və digər məsələlər də müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR