Litvalı müşahidəçilər: “Şirvanda səsvermə normal keçir”

Litvalı müşahidəçilər: “Şirvanda səsvermə normal keçir”
# 01 noyabr 2015 11:43 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Beynəlxalq müşahidəçilər Şirvanda seçkilərin normal keçdiyini bəyan ediblər.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 46 saylı Şirvan seçki dairəsinin ərazisində seçkiləri Avropa İttifaqının müşahidəçiləri – litvalı Povelas Jaqunisla Virginijus Siksnis və MDB müşahidə missiyasının üzvü Qalina Valeyeva müşahidə ediblər.

Günorta saatlarınadək Avropa İttifaqının müşahidəçiləri 6 məntəqədə, MDB müşahidə missiyasının üzvü isə 10 məntəqədə olub. APA-ya açıqlama verən müşahidəçilər seçkilərin normal keçdiyini və pozuntu hallarının olmadığını bildiriblər. Onlar həmçinin seçkilərin yaxşı təşkil olunduğunu və seçici fəallığının yüksək olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR