Manat əksər xarici valyutalara nisbətən bahalaşıb

Manat əksər xarici valyutalara nisbətən bahalaşıb
# 15 sentyabr 2016 07:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 14-ü ilə müqayisədə 0,1% azalaraq 1,6375 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,8409 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən günlə müqayisədə 0,4% azalaraq 0,0251 manat səviyyəsinə düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,11% azalaraq 0,5490 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1695 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7089 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR