Təltif olunmuş qadınlara mükafatları təqdim olunub

Təltif olunmuş qadınlara mükafatları təqdim olunub
# 07 mart 2016 09:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan prezidenti İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik məktubunu səsləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan elminin və mədəniyyətinin inkişafında, ictimai-siyasi sahədə xidmətləri olan bir qrup qadına Azərbaycan prezidentinin təltiflərini təqdim edib. H. Hüseynova bildirib ki, Azərbaycanda qadınlara hər zaman xüsusi münasibət olub. Komitə sədri qeyd edib ki, ötən il keçirilmiş parlament seçkilərində qadınlar çox aktiv iştirak edib: “Biz çalışmalıyıq ki, qadınlarımızın parlamentdə sayı daha da artsın. Azərbaycanda sahibkarlıqla məşğul olan qadınlar 19,4 faizdir”.

Daha sonra millət vəkilləri Aqiyə Naxçıvanlı və Hadı Rəcəbli çıxış ediblər.

Tədbirdə Dövlət Komitəsi Uşaq və Ailələrə Dəstək Mərkəzlərində çalışan qadınları mükafatlandırıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR