Quba Soyqrımı Kompleksi ziyarət olunur

Quba Soyqrımı Kompleksi ziyarət olunur
# 31 mart 2016 10:13 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə Quba Memorial Soyqırımı Kompleksi ziyarət edilir.

Quba Soyqırımı Memorial Kompleksindən APA-ya verilən məlumata görə, soyqırımı qurbanlarını yad etmək üçün əraziyə insanların axını davam edir.

Qeyd edək ki, Qubada kütləvi məzarlıq 2007-ci ilin aprelin 1-də torpaq işləri aparılarkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri arasında ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR