Ucarın təbii qazla təchizatında problem yaranıb

Ucarın təbii qazla təchizatında problem yaranıb
# 13 sentyabr 2016 16:52 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucarın təbii qazla təchizatında yaranmış problem həll olunmur.

Abonentlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, artıq 3 aya yaxındır, rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranır. Sakinlər hətta təbii qazın bayram günlərində də, istifadəsi mümkün olmayan qədər çox aşağı təzyiqdə verildiyini deyirlər.

Yerli qaz istismar sahəsindən bu ayın əvvəlindən rayonun yaşayış məntəqələrinə qazın verilişində ciddi problem yaşanmadığını, yaxın günlərdə isə təbii qazın verilişi ilə bağlı heç bir problemin olmayacağını bildiriblər.

Qeyd edək ki, Ucar rayonunda əvvəllər qazın verilişində heç bir problem yaşanmasa da, son vaxtlar mavi yanacaq fasilələrlə və istifadəsi mümkün olmayacaq qədər çox aşağı təzyiqlə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR