Fərid Qayıbov: “Avropa Gimnastika İttifaqında Azərbaycanın mövqeyini çatdıracağam”

Fərid Qayıbov: “Avropa Gimnastika İttifaqında Azərbaycanın mövqeyini çatdıracağam”
# 25 iyun 2015 09:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Azərbaycan gimnastlarının ballarının düzgün hesablanmaması ilə bağlı məsələyə münasibət bildirirərkən deyib. Onun sözlərinə görə, hakimləri texniki komitə təyin edir və texniki komitə də Avropa Gimnastika İttifaqına tabe olan qurumdur: “Bu məsələ ilə bağlı federasiyanın vitse-prezidenti Altay Həsənov mövqe bildirib. Mən Avropa Gimnastika İttifaqının vitse-prezidenti olduğum üçün bu barədə danışa bilmərəm. İttifaqın İcraiyyə Komitәsinin iclası olacaq. Avropa Oyunlarının gimnastikaya xeyri, mənfi və müsbәt tərəflər və s. araşdırılacaq. Mәn federasiyamızın mövqeyini çatdıracaq və tәklif edәcәyəm ki, gələcəkdə bu kimi hallar baş verməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR