Dağ velosipedi idmanı üzrə yarışda hər üç medala İsveçrə sahib olub

Dağ velosipedi idmanı üzrə yarışda hər üç medala İsveçrə sahib olub
# 13 iyun 2015 15:55 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qadın velosipedçilərin ardından kişi idmançılar da ən güclüləri müəyyənləşdiriblər.

Dağ Velosipedi Parkında baş tutan yarışda 45 idmançı qüvvəsini sınayıb. Qadınların yarışında olduğu kimi kişilərin də mübarizəsi İsveçrə təmsilçilərinin zəfəri ilə başa çatıb.

Lakin bu dəfə bütün mükafatları eyni ölkənin idmançıları qazanıblar. Məsafəni 1 saat 41 dəqiqə 5 saniyəyə qət edən Nino Şurter qızıl medala yiyələnib. O, həmyerliləri Lukas Flukkiqeri 13, Fabian Qiqeri 33 saniyə qabaqlayıb.

Mükafatlar uğrunda iki Azərbaycan idmançısı da mübarizə aparıb. Ölkəmizi Aqşin İsmayılov və Orxan Məmmədov təmsil edib. İsmayılov mübarizəni 38-ci yerdə başa vurub. Məmmədov isə finişə çatmayan 7 idmançı arasında yer alıb.

Qeyd edək ki, bu gün keçirilən qadınların yarışında isveçrəli Yolanda Neff 1-ci, həmyerlisi Katrin Stieneman 2-ci, polşalı Maya Vloçovska 3-cü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR