Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında məhkumların verilməsi haqqında sazişi təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında məhkumların verilməsi haqqında sazişi təsdiqləyib
# 15 iyul 2015 22:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” 2015-ci il martın 11-də Bakıda imzalanmış sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.

APA-nın məlumatına görə, dövlət başçısı həmçinin “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, 2015-ci il martın 11-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş"in Azərbaycan tərəfindən həyata keçirilməsi məqsədi ilə mərkəzi orqan qismində Azərbaycan Ədliyyə Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən mərkəzi orqan barədə Pakistan İslam Respublikası tərəfinə məlumat verilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR