Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilib - FOTOSESSİYA

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 may 2015 07:41 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən mayın 9-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Elin Süleymanov Heydər Əliyevin müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olduğunu bildirib, bu mənada onun Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb.

O, Azərbaycan xalqının hər zaman Heydər Əliyev kimi bir dövlət xadiminə malik olmasından fəxr hissi keçirdiyini deyib, onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını ifadə edib. Səfir onun davamçısı prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, xalqımızın hərtərəfli tərəqqiyə şahid olduğu və Azərbaycanın beynəlxalq ictimaiyyətin nüfuzlu və güclü bir üzvü olaraq, mövqelərini möhkəmləndirdiyini vurğulayıb.

Digər tədbir iştirakçıları da Heydər Əliyev barədə xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində Heydər Əliyevin ABŞ-a etdiyi müxtəlif səfərlərdən çəkilmiş fotoşəkillərin sərgisi təşkil edilib, keçdiyi həyat yoluna dair film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR