Ağdam teatrı yeni tamaşa hazırlayıb - FOTO

Ağdam teatrı yeni tamaşa hazırlayıb - <span style="color: red;">FOTO
# 23 iyun 2015 12:18 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı "Çarəsiz evlənmə" tamaşasını təqdim edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yazıçı Arif Mədətovun eyniadlı pyesi əsasında hazırlanan tamaşa qastrol səfərlərində də oynanılacaq.

Sözügedən tamaşa Ağdam Dövlət Dram Teatrı tərəfindən bu ilin birinci yarısında tamaşaçıların ixtiyarına verilən 3-cü səhnə əsəridir. Yanvar ayından etibarən kollektiv Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir", Serb yazıçısı Miroslav Mitroviçin "Gecəyarısı soyğunçuluq" və Arif Mədətovun "Çarəsiz evlənmə" əsərlərini səhnələşdirib.

Hazırda kollektiv fransız yazıçısı Şarl Perronun "Sehirbaz qadın" əsərinin səhnələşdirilməsi üzərində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR