Venesuela prezidenti neftin qiymətinin sabitləşdirilməsi üçün OPEK sammiti keçirməyi təklif edib

Venesuela prezidenti neftin qiymətinin sabitləşdirilməsi üçün OPEK sammiti keçirməyi təklif edib
# 06 sentyabr 2015 03:34 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Qətərdə səfərdə olan Nikolas Maduro yerli Telesur telekanalına telefon vasitəsilə verdiyi müsahibədə bildirib.

Venesuela prezidentinin sözlərinə görə, o bu təkliflə Qətərin əmiri şeyx Tamim bin Həməd əl Taniyə də müraciət edib. Maduro qeyd edib ki, dünyada enerji daşıyıcılarına artan tələbat neftin qiymətinin sabitləşməsinin labüdlüyünü şərtləndirir: “Enerji sahəsinə yatırılan sərmayələrin əsası və yuxarı həddi olmalıdır, tələbat durmadan artır”, deyə Maduro qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR