Yevlaxda ikimərtəbəli ev yanıb

Yevlaxda ikimərtəbəli ev yanıb
# 25 iyul 2015 18:40 (UTC +04:00)

Bakı-APA. Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Aşağı Qarxun kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 77 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR