Avropa Oyunlarında iştirak edəcək Rumıniya komandası Bakıya gəlib

Avropa Oyunlarında iştirak edəcək Rumıniya komandası Bakıya gəlib
# 09 iyun 2015 12:06 (UTC +04:00)


Bakı. Faiq Mahmudov - APA. I Avropa Oyunlarında iştirak edəcək Rumıniya yığma komandası bu gün Bakıya gəlib.

Rumıniyanın Bakıdakı Səfirliyindən APA-ya verilən məlumata görə, idmançıları Heydər Əliyev adına Beynəlxalq Aeroportda Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu və səfirliyin digər üzvləri qarşılayıb.

Rumıniya komandası 83-ü kişi, 64-ü qadın olmaqla 147 idmançıdan ibarətdir.

Səfir D. K. Çiobanu idmançılara uğurlar diləyib və qızıl medallar qazanmağı arzu edib.

İdmançılar da öz növbəsində, yarışlarda uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR