Kvemo Kartli bölgəsinin qubernatoru: “Turqay Mikayılovu gətirmək üçün Ermənistana gedəcəyəm”

Kvemo Kartli bölgəsinin qubernatoru: “Turqay Mikayılovu gətirmək üçün Ermənistana gedəcəyəm”
# 28 avqust 2015 13:07 (UTC +04:00)

Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili APA-nın Gürcüstan bürosuna deyib ki, Ermənistan tərəfi bu həftə Gürcüstan vətəndaşı olan Turqay Mikayılovu buraxacağını bəyan etsə də, vədini yerinə yetirməyib: "Danışıqlar zamanı Ermənistan tərəfi söz verdi ki, 5 günə bizim azərbaycanlı vətəndaşımızı azad edəcəklər. Mən də dedim ki, bir həftə də gözləyərik. Lakin bu müddət başa çatdı. Sabah mənə dəqiqi cavab verəcəklər. Vətəndaşımızın azad olması barədə bir xəbər gəlməsə, özüm Ermənistana gedəcəyəm”.

APA-nın Gürcüstan bürosunun əməkdaşı Faxralı kənd sakini, Turqay Mikayılovun qohumu Məhəmməd Bayramovla əlaqə saxlayıb. M. Bayramov bildirib ki, onun ailəsinə sentyabrın 23-də T. Mikayılovun Ermənistanda məhkəməsinin olacağını deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR