Gürcüstanın baş naziri Türkiyədə keçiriləcək biznes foruma dəvət edilib

Gürcüstanın baş naziri Türkiyədə keçiriləcək biznes foruma dəvət edilib
# 13 avqust 2015 10:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili İstanbulda keçirilməsi planlaşdırılan biznes foruma dəvət edilib.


APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, dəvət Türkiyə Xarici İqtisadi Əlaqələr üzrə Kollegiyasından gəlib.

Sözügedən kollegiyanın Müşahidə Şurasının sədri Ömər Cihat Vardan bildirib ki, biznes forum yaxın günlərdə keçiriləcək. Forumda Türkiyə biznes sektorunun aparıcı nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR