SOCAR-ın dövlət büdcəsinə ödənişləri azalıb

SOCAR-ın dövlət büdcəsinə ödənişləri azalıb
# 08 iyul 2015 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin iyun ayında dövlət büdcəsinə 123 mln. 688 min manat vəsait ödənilib. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 21 mln. 963 min manat və ya 15,08% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında büdcəyə 728 mln. 730 min manat vəsait ödənilib ki, bu da 2014-cü ilin 6 ayı ilə müqayisədə 239 mln. 579 min manat və ya 24,74% azdır.

Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 942 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 1,21% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 69 mln. 784 min manat təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 2 mln. 453 min manat və ya 3,39% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR