Şirvanda fəaliyyət göstərməyən restoranın həyətində yanğın olub

Şirvanda fəaliyyət göstərməyən restoranın həyətində yanğın olub
# 28 iyul 2015 16:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Şirvan şəhərində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, fəaliyyətsiz restoranın həyətyanı ərazisində 280 kv.m quru ot, kol-kos və ümumi sahəsi 18 kv.m olan 2 otaqlı tikilinin tavanı 9 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR