Azərbaycanda qətl törətmiş deputatlığa keçmiş namizədin cəzası azaldılıb

Azərbaycanda qətl törətmiş deputatlığa keçmiş namizədin cəzası azaldılıb
# 21 may 2015 13:17 (UTC +04:00)

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə N. Orucov barəsində olan hökm ləğv edilib və yeni hökm çıxarılıb. Hökmə əsasən, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178. 3. 2-ci (külli miqdarda dələduzluq törətmə) maddəsi üzrə bəraət verilib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə isə təqsirli bilinərək barəsində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR