Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını 3% azaldıb

Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını 3% azaldıb
# 15 avqust 2015 07:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyul ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 7 ayında sayğac göstəriciləri əsasında ümumilikdə 19 449 733,56 min ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2,46% azdır.

Belə ki, bu ilin yeddi ayı ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 15 841 066,54 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 3,18% azdır.

Yanvar-iyul aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 0,57% az və ya 2 428 978,00 min ton, Şimal boru kəməri ilə isə 28,34% çox və ya 762 146.00 min ton xam neft ixrac edilib.

Bu ilin avqustun 1-nə dəmir yolu nəqliyyatı ilə 417 543,02 min ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 23,04% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR