Nazir: “Azərbaycanda 4-5 sağlam olmayan sığorta şirkəti var”

Nazir: “Azərbaycanda 4-5 sağlam olmayan sığorta şirkəti var”
# 09 dekabr 2014 14:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın sığorta bazarında 4-5 sağlam olmayan şirkət var.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

S. Şərifovun sözlərinə görə, son 4-5 ildə sığorta sahəsində xeyli müsbət dəyişikliklər müşahidə edilib.

Nazir qeyd edib ki, son illər həm sığorta bazarının həcmi xeyli artıb, həm də sığorta sektorunun konsolidasiyası baş verib: “Nəticədə bir çox fəaliyyət göstərməyən və riskli əməliyyatlarla məşğul olan şirkətlər bazardan uzaqlaşdırılıb. Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən həmin şirkətlərin lisenziyası ləğv edilib. Nəticədə bu gün 4-5 şirkət istisna olmaqla, bazarda sağlam şirkətlər fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR