Kürdəmirdə Prezident Administrasiyasının xidməti avtomobili ilə toqquşan maşının sürücüsü ölüb

 Kürdəmirdə Prezident Administrasiyasının xidməti avtomobili ilə toqquşan maşının sürücüsü ölüb
# 06 avqust 2014 13:51 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Dünən Kürdəmir rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan sürücü dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Qarabucaq kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ağır bədən xəsarətləri alaraq reanimasiya şöbəsinə yerləşdirilən Nazim Cəbiyev həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat edib.

Qeyd edək ki, avqustun 5-də axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Qarabucaq kəndi ərazisindən keçən hissəsində Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfdən gələn, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına məxsus “BMW” markalı xidməti maşınla toqquşub. Hadisə nəticəsində “BMW” markalı xidməti maşında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və “VAZ 21015” markalı avtomobilin sürücüsü 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmişdi.

Çənə nə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Zeynal Nağdəliyev ötən gecə helikopterlə Bakı şəhərinə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR