Bakıda 30 metr dərinlikdə quyuya düşən şəxsi xilas edilib

Bakıda 30 metr dərinlikdə quyuya düşən şəxsi xilas edilib
# 14 dekabr 2014 02:20 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin quyuya düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş dərinliyi 30 metr olan quyuya düşmüş və köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və alpinist avadanlıqları vasitəsilə həmin şəxsi quyudan çıxarmışlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR