Bərdədə maşın ağca çırpılıb, sürücü hadisə yerində ölüb - VİDEO

Bərdədə maşın ağca çırpılıb, sürücü hadisə yerində ölüb - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2014 07:22 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayonu Şahvəlilər kəndindən keçən hissəsində qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini Hüseynov Vəliyəddin Səmiyəddin oğlu idarə etdiyi 90 GE 618 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşınını ağaca çırpıb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırmadan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR