Türkiyədə baş verən iğtişaşlar zamanı ölənlərin sayı 22 nəfərə çatıb, 100-dən artıq yaralı var - FOTO - YENİLƏNİB

Türkiyədə baş verən iğtişaşlar zamanı ölənlərin sayı 22 nəfərə çatıb, 100-dən artıq yaralı var - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 08 oktyabr 2014 21:40 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin şəhərində baş verən iğtişaşlar zamanı daha bir nəfər öldürülüb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bununla da Türkiyədə baş verən son iğtişaşlar zamanı ölənlərin sayı 22 nəfərə çatıb. Rəsmi qaynaqlar hadisələr zamanı 100-dən çox şəxsin yaralandığını bildirir.

***

23: 49

Bakı-APA. Suriyanın Kobani şəhərinin İŞİD terror təşkilatı tərəfindən tutulmasına etiraz olaraq Türkiyədə keçirilən aksiyalarda ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Mardində 2 nəfərin güllələnmiş meyiti tapılıb.

İndiyə qədər Türkiyənin Kobanidə baş verənlərə biganə qaldığını bəhanə edən PKK terror təşkilatının tərəfdarları tərəfindən törədilən iğtişaşlar nəticəsində Diyarbəkirdə 10, Mardində 5, Siirtdə 3, Vanda 1, Batmanda 1, Muşda 1 nəfər ölüb.

İstanbul Valiliyi şəhərdə baş vermiş iğtişaşlar nəticəsində 8-i polis olmaqla 30 nəfərin yaralandığını açıqlayıb. Vanda isə 5 polis yaralanıb.

Ankara və İstanbul da daxil olmaqla Türkiyənin bir çox şəhərində bank şöbələri, mağazalar, maşınlar yandırılıb.

Hadisələr nəticəsində İstanbulda 98 nəfər, Diyarbəkirdə isə 30 nəfər saxlanılıb.

Siirtdə isə şəhər mərkəzindəki polis bölməsinə avtomatlarla hücum edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Ölkənin 6 şəhərində fövqəladə vəziyyət elan olunub.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bu gün keçiridyi mətbuat konfransında baş verən hadisələrin araşdırılacağını, “cözüm sürəci” adı ilə zorakılığa imkan verilməyəcəyini bildirib: “Nazirlər Kabinetində Daxili İşlər Nazirliyinin koordinatorluğu ilə 24 saat fasiləsiz çalışacaq bir mərkəz qurduq, bütün valiliklərlə bərabər işləyəcək, hər bir şəhərdə baş verən olayın arxa planı araşdıracağıq. Bu hadisələri törədənlər qanun qarşısında cavab verəcəklər. Kimsə bu cür zorakılıqların hesabının sorulmayacağını düşünürsə, yanılır. Tək-tək hesabını soracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR