Leyla Əliyeva Avstraliyanın milli parklarında ətraf mühit və biomüxtəlifliyin qorunması işləri ilə tanış olub - FOTOSESSİYA

Leyla Əliyeva Avstraliyanın milli parklarında ətraf mühit və biomüxtəlifliyin qorunması işləri ilə tanış olub - <span style="color: red;">FOTOSESSİYA
# 12 noyabr 2014 08:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub.

Heyvanların artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq olunan metodlar, bu heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə geniş məlumat verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar barədə, eyni zamanda bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparıldığını bildirən Leyla Əliyeva bu heyvanların və biomüxtəlifliyin mühafizəsi sahəsində Azərbaycanla Avstraliya arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR