Bakıda “Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda “Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2014 07:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Enerji təhlükəsizliyi qlobal problemə çevrilib və bəşəriyyətin əsas problemi olub”.

APA-Economics”in xəbərinə görə, bunu bu gün Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” konfransında Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova bildirib.

Onun sözlərinə görə, enerji resurslarının qorunması, qənaətlə istifadə edilməsi və artırılması bu günün problemi deyil. G. Məmmədova bildirib ki, yer üzündə enerji problemləri yarandıqca, enerji təminatı problemləri yarandıqca, bütün dünyada yaşıl iqtisadiyyatın inkişafına ehtiyac yaranır: “Alternativ və bərpa olunan enerjinin tələbatına ehtiyac yaranır. İnsanların ekologiyaya zərər vurmadan və ya az zərər vurmaqla ekoloji təmiz enerjinin əldə olunmasına ehtiyac yaranır”.

Millət vəkili bildirib ki, artıq 10 ilə yaxındır ki, onun rəhbərlik etdiyi ali məktəbdə bu sahənin mütəxəssisləri və kadrları hazırlanır: “Universitetimiz ekologiya mühəndisləri hazırlanır və düşünürük ki, məhz bu kadrların hesabına ətraf mühitə vurulan ziyanı azaltmaqla təmiz ekoloji enerjini, effektiv yaşıl enerjinin əldə olunmasına və gələcək nəsillərə ötürülməsinə nail olunacaq”.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova isə bildirib ki, 2006-cı ildən bu günə qədər Azərbaycanda 1400 hektar neftlə çirklənmiş torpaq sahəsi təmizlənib.

Onun sözlərinə görə, bu torpaq sahələrində 500 mindən artıq ağac əkilib: “Baxmayaraq ki, yaşıllaşdırma neft sahəsində ən sonuncu atılan addımdır, biz bu müddət ərzində yarım milyona yaxın ağac əkmişik”.

R. Hüseynzadə qeyd edib ki, ARDNŞ yaşıl enerjiyə olduqca böyük önəm verir.

Vitse-prezident qonaqlara TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib və bildirib ki, bu layihələrin də həyata keçirilməsi zamanı ətraf mühitinin qorunması və yaşıl iqtisadiyyata böyük üstünlük veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR