Prezident İlham Əliyev: "Üstünlüyümüz ondadır ki, biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkələrik"

Prezident İlham Əliyev: "Üstünlüyümüz ondadır ki, biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkələrik"
# 29 sentyabr 2014 16:54 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev mətbuat üçün açıqlamasında deyib.

"Bizim üstünlüyümüz ondadır ki, biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkələrik. Bizim ölkələrdə ciddi maliyyə probemləri mövcud deyil. Biz infrasturtura böyük investisiyalar yatıra bilərik və bunu edirik. Vladimir Vladimiroviç nəqliyyat infrastrukturunun gələcək inkişafının vacibliyini qeyd etdi. Mən isə öz çıxışımda qeyd etdim ki, Azərbaycanda bu sahədə nələr edilir. Fikrimcə, növbəti mərhələdə bizim nəqliyyatçıların fəaliyyətinin koordinasiyası məsələsinə baxmaq vacibdir. O cümlədən, şimal-cənub, şərq-qərb arasında maneəsiz nəqliyyatın yaradılması üçün limanlarımızın fəaliyyətinin koordinasiyasına baxmaq lazımdır",- deyə dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR