Azərbaycanda uşaq oğurluğu baş verib

Azərbaycanda uşaq oğurluğu baş verib
# 14 avqust 2014 13:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR