Ağstafada musiqi və incəsənət mərkəzi tikiləcək - FOTOSESSİYA

Ağstafada musiqi və incəsənət mərkəzi tikiləcək - <span style="color: red;">FOTOSESSİYA
# 03 noyabr 2014 12:23 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Yaxın günlərdə Ağstafa şəhərində yeni musiqi və incəsənət mərkəzinin binasının tikintisinə başlanılacaq. Ağstafa rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, mərkəzin tikintisi üçün 1 hektar ərazi ayrılıb. Ərazidə yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, həmçinin geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması da nəzərdə tutulur.

Ağstafa rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda mövcud olan Hüseyn Arif adına Ağstafa şəhər 7 illik musiqi məktəbi 1974-cü ildən fəaliyyətə başlayıb və Ağstafa şəhər 1 saylı orta məktəbinin yardımçı binasında yerləşir. Binanın qəzalı və şəraitsiz olması yeni binanın tikintisinə ciddi ehtiyac yaradıb. Azərbaycanın görkəmli şairinin adını daşıyan musiqi məktəbində təhsil alan 200 şagirdin sayının 350-yə çatdırması da nəzərdə tutulur.

Ud formasında tikiləcək musiqi və incəsənət mərkəzinin gələn ilin may ayında istifadəyə verilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR