Ukrayna ordusu Donbassda iki strateji nöqtəni azad edərək separatçılar arasındakı əlaqəni kəsib

Ukrayna ordusu Donbassda iki strateji nöqtəni azad edərək separatçılar arasındakı əlaqəni kəsib
# 08 avqust 2014 14:01 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, ordu Donbass bölgəsində Miusinsk və Panteleymonovka adlı yaşayış məntəqələrini azad edib və separatçılar üçün vacib olan yolları kəsib. Bunu separatçıların özləri də etiraf edib.

“Düşmən Miusinsk yaşayış məntəqəsini ələ keçirərək Snejnıy və Krasnıy Luç arasındakı yolu, Panteleymonovkanı ələ keçirərək isə Makeyevka və Qorlovka arasındakı yolu kəsib. Vəziyyət kritik olaraq qalır”, - deyə qondarma “Donetsk Xalq Respublikası”ndan bildiriblər.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko da faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR