AMEA prezidenti Bakı Elm Festivalının təşkilatçıları ilə görüşüb

AMEA prezidenti Bakı Elm Festivalının təşkilatçıları ilə görüşüb
# 10 sentyabr 2014 14:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Bakı Elm Festivalının təşkilatçıları ilə görüşüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rəyasət Heyətində keçirilən görüşdə akademik festivalın əhəmiyyəti və xarici ölkələrin bu sahədəki təcrübəsindən danışıb. AMEA rəhbəri festivala hazırlıq çərçivəsində elmi-populyar nəşrlərin sayının artırılması, həmçinin festivalda AMEA-nın bütün bölmələrinin yüksək səviyyədə iştirakının təmin olunmasını vacib hesab edib.

Sonra Bakı Elm Festivalının direktoru və işçi qrupunun rəhbəri Nuridə Quliyeva tədbirlər planının icra bölgüsü və görülən işlər haqqında ətraflı məlumat verib.

Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR