“Qlobal Qalxan” proqramının növbəti təlim kursu keçirilir

“Qlobal Qalxan” proqramının növbəti təlim kursu keçirilir
# 11 avqust 2014 15:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Po­ten­sialın Gücləndirilməsi üzrə Av­ropa Re­gional Ofisində “Xəzər - meh­riban qon­şuluq” təşəbbüsü çər­çivəsində təşkilatın “Qlobal Qal­xan” proqra­mı­nın növbəti tə­lim kur­su işə başlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, “Xəzər - mehriban qonşuluq” təşəbbü­sü­nü 2013-cü ildə Azərbaycan Dövlət Gömrük Komitəsi ÜGT-nin Po­ten­sialın Güclən­dirilməsi üzrə Avropa Regional Ofisi ilə birlikdə irəli sürüb. Bu təklifi ÜGT bə­yənib və onu “Qlobal Qalxan” proqramına daxil edib. “Qlobal Qalxan” ÜGT-nin proqramı olub, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, elə­cə də İnterpolun dəstəyi və ABŞ-ın Döv­lət Departamenti tərəfindən maliyyələş­diril­məklə həyata keçi­rilir.

Bu təşəbbüsə uyğun olaraq, Bakıda Əfqanıstan Gömrük Xidməti hüquq-mühafizə bölmələrinin əməkdaşları üçün ildə üç dəfə ikihəftəlik təlim kursları təşkil edilir. Bu kurslar partlayıcı maddələrin hazırlanmasında istifadə olunan kimyəvi vasitələrin aşkar edilməsi üzrə nəzarətçi-təlimçilərin hazırlığına dair keçirilir.

Budəfəki kurs “Xəzər - mehriban qon­şu­luq” təşəbbüsü çərçivəsində üçüncü təlim məşq­ləridir. Təlim kursunun açılış mərasi­min­də Dövlət Göm­rük Komitəsi Gömrük Sa­hə­sin­də Hüquqpozma­lara Qarşı Mübarizə Baş İda­rə­sinin rəisi, gömrük xidməti gene­ral-mayoru Güloğlan Muradlı kimyə­vi silah və döyüş sur­sat­larının qaçaqmalçılığı ilə mü­barizə sahə­sin­də mütəxəssislərin hazır­lan­­ma­sının zə­ruri və aktual olduğunu vurğu­layıb. G.Mu­radlı Azər­baycan Gömrük Xidmətinin sözü­ge­dən sa­hə­də təcrübəsin­dən söz açıb, bu bilik və təcrübəni Əf­qa­nıstan tərəfi ilə bölüşməyin ümu­mi işə bö­yük fayda gətirəcəyinə əminliyini ifadə edib.

Ümumdünya Gömrük Təşkilatının Qlobal Qalxan Proqramı Təlim rəhbərinin Joao de Olivyera Rodriqes tədbir iştirak­çılarına təlim kur­sunun məqsəd və vəzi­fə­lərindən bəhs edib.

ÜGT-nin Potensialın Güclən­di­rilməsi üzrə Avropa Regional Ofisinin əməkdaşı Aydın İmaşov kim­yəvi silahların, döyüş sursat­la­rı­nın, partlayıcı mad­dələrin, eləcə də nar­ko­tik vasitə­lə­rin, psi­xotrop maddələrin və onların prekursorlarının qanunsuz döv­riyyəsi ilə mübarizə sahəsində daha ef­fek­tiv mübarizə aparmaq üçün birgə fəaliy­yətin vacibliyini vurğulayıb.

Sonra təlim kursu işə başlayıb, mövzu ətra­fında ilk məruzələr dinlənilib və müza­kirələr ke­çirilib.

Qeyd edək ki, təlim məşqlərində iştirak etmək üçün Bakıya Əfqanıstandan böyük nümayəndə heyəti gəlib. Kursun işti­rak­çılarının Azər­baycan Gömrük Xidmə­tinın xü­susi bölmələrinın rəhbərliyilə görüşləri, regio­nal gömrük və sərhəd-keçid məntəqə­lə­rinə səfərləri də nəzərdə tutulub. Təlimlər təcrübəli müəllimlər - ÜGT-nin, eləcə də Azər­baycan gömrük xidmət­inin mütəxəs­sis­ləri tərəfindən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR