Azərbaycanda Polis Şöbəsində ölüm faktı qeydə alınıb

Azərbaycanda Polis Şöbəsində ölüm faktı qeydə alınıb
# 19 avqust 2014 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, şöbədə saxlanılan 61 yaşlı Məhərrəm Abbasov qəfildən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasovun səhhəti kəskin pisləşib. Kəskin ürək ağrıları ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M. Abbasov infarktdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR