ARDNŞ Hindistanın GAIL şirkəti ilə mayeləşdirilmiş qazın alışı və satışı sahəsində əməkdaşlıq edəcək - FOTO

ARDNŞ Hindistanın GAIL şirkəti ilə mayeləşdirilmiş qazın alışı və satışı sahəsində əməkdaşlıq edəcək - <span style="color: red;">FOTO
# 04 noyabr 2014 06:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Hindistanın GAIL şirkəti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

APA-Economics” xəbər verir ki, bu barədə Hindistan qaz şirkətinin rəsmi saytına məlumata verilib.

Memoranduma əsasən, GAIL və ARDNŞ mayeləşdirilmiş qazın (LNG) alışı və satışı sahəsində və LNG qlobal layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcəklər. Hər iki şirkət LNG bazar marketinqinin aparılmasında, mənbələrin tapılması və nəqletmə tələblərinin optimallaşdırılması üzrə əməliyyatlarda əməkdaşlıq edəcəklər.

Bundan başqa, GAIL və ARDNŞ dünyada əməkdaşlıq imkanlarını araşdıracaq və neft-kimya sahəsində birgə investisiya layihələrinə qatılacaqlar.

GAİL şirkətinin icraçı direktoru B. C. Tripathi bildirib ki, hər iki şirkətin güclü təcrübəsi birgə qaz hasilatı fəaliyyətinin öyrənilməsinə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR