Şamaxıda dərəyə aşan maşının yük yerindən sürücünün meyiti tapılıb

Şamaxıda dərəyə aşan maşının yük yerindən sürücünün meyiti tapılıb
# 15 dekabr 2014 11:24 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb.

Taksi kimi fəaliyyət göstərən 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması barədə məlumat əsasında hadisə yerinə gələn yol polisi əməkdaşları maşının yanında sürücünü tapmayıblar. Daha sonra sürücünün meyiti avtomobilinin yük yerində aşkarlanıb. Müəyyən olunub ki, qətlə yetirilən sürücü Füzuli rayonundan olan və Bakının Maştağa qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğludur.

Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsində müayinə olunub. C. Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Ehtimal olunur ki, C. Qurbanov başqa yerdə öldürülüb, meyiti öz maşınının yük yerinə qoyularaq, Muğanlıya gətirilib və maşın dərəyə aşırılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR