Azərbaycan rəssamlarının əsərləri Daşkənddə nümayiş olunacaq

Azərbaycan rəssamlarının əsərləri Daşkənddə nümayiş olunacaq
# 20 noyabr 2014 21:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 26-da Daşkənddəki Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunda "İpək yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə" adlı rəsm sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutu və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunacaq.

Tədbirin məqsədi iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirmək, tarixi İpək yolunun iki xalqın həyatında rolunu bir daha göstərməkdir.

Sərgidə Azərbaycan rəssamlarından Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev və başqalarının əsərləri nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR