Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin iyul ayında Azərbaycanda həyata keçirilmiş qazma işlərini açıqlayıb.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində ARDNŞ (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8 993 metr qazma işi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101 metr və ya 1,1% azdır.
Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 81 123 metr qazma işi görülüb ki, bu da 11 305 metr və ya 12,2% azdır. Bunun da 79 495 metri istismara, 1 628 metri isə kəşfiyyata aid olub.